Bazar günü 18 Avqust 2019

Təhsil

ADAU-nun tələbəsi Almaniyada keçirilən Beynəlxalq Yay Məktəbində iştirak edib

Surxay Məmmədzadə - 14/08/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin Menecment ixtisasının 4-cü kurs tələbəsi Sübhan Məmmədov DAAD - Deutscher Akademischer Austauschdienst (Alman akademik mübadilə xidməti) tərəfindən keçirilən beynəlxalq yay məktəbində iştirak edib.

.İyul ayının 22-dən etibarən start götürən və 3 həftə davam edən yay məktəbinin iştirakçıları Katolische Universität-Eichstätt Universitetində intensiv alman dili təkmilləşdirmə, Almaniya mədəniyyət tarixi haqqında kurslarda iştirak ediblər.Layihədə 27 ölkədən 54 tələbə iştirak edib.

Nəzərinizə çatdıraq ki, Sübhan Məmmədov həmçinin Azercell təqaüdçüsüdür. O, 2016-cı ildə keçirilən qəbul imtahanında 635 bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment ixtisasına qəbul olunub.

Photogallery

67972552 2460705164022424 5403246038653861888 N

Hadisə