Bazar günü 15 Dekabr 2019

QHT

'Layihə yazılışı və kreativ yazı' layihəsinin icrasına başlanılıb

Sənubər Qocayeva - 14/08/2019

Layihənin növbəti mərhələləri “Gəncə Gənclər Evi” və “Mingəçevir Gənclər Evi” ndə keçiriləcəkdir.

Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin və Almaniyanın Loesje təşkilatı ilə birgə “Layihə yazılışı və kreativ yazı” layihəsinin 31 iyul - 20 avqust 2019-cu il tarixlərində Bakı, Gəncə, Mingəçevir şəhərlərində icrasına başlanmışdır.

Layihənin növbəti mərhələləri  “Gəncə Gənclər Evi” və “Mingəçevir Gənclər Evi” ndə keçiriləcəkdir.

Layihənin əsas məqsədi region gəncləri üçün layihə yazılışı, layihələrin idarə edilməsi və kreativ yazı mövzularında təlimlərin keçirilməsidir. Layihə çərçivəsində həmçinin Avropa Komissiyasının proqramları və onlardan istifadə qaydaları və əməkdaşlıq mövzuları ekspertlər tərəfindən keçiriləcəkdir.

Layihədə Almaniya, Niderland, Şimali Makedoniya və Meksikadan olmaqla4 nəfər beynəlxalq ekspert tərəfindən aparılacaq.

 

 

Photogallery

IMG 8897 IMG 8895 IMG 8898

Hadisə