Bazar günü 18 Avqust 2019

Elm

Gənc alimin növbəti uğuru

Sənubər Qocayeva - 14/08/2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin gənc tədqiqatçı-alimi Elnur Həsənov AMEA prezidentinin sərəncamı və Rəyasət Heyətinin qərarına əsasən, dünyanın ən nüfuzlu elmi bazaları - “Web of Science” və “Scopus” sistemlərinə daxil olan yüksək impakt faktorlu jurnallarda çoxsaylı elmi əsərlərinin nəşrinə görə mükafat ilə təltif edilib.

Gənc tarixçi alimin ötən müddət ərzində Gəncə şəhərinin etnoqrafiyasına və tarixinə dair elmi əsərləri ingilis, rus, alman və ispan dillərində çap olunub. Bu elmi əsərlər Braziliya, İtaliya, Rusiya, Venesuela, ABŞ, Türkiyə, Rumıniya və digər ölkələrin nüfuzlu elmi nəşrlərində də işıq üzü görüb.

Qeyd edək ki, Elnur Həsənov ölkəmizdə 35 yaşa qədər alimlər və gənc mütəxəssislər arasında impakt faktorlu elmi nərşlərdə ən çox əsərləri dərc olunmuş mütəxəssisdir. Onun elmi tədqiqat işlərinin uğurlu nəticələri dünyanın 57 ölkəsində ingilis, alman, ispan, rus, italyan, türk, fransız və portuqal dillərində dərc olunub, həmçinin 215 elmi məqalə və 6 monoqrafiyanın müəllifidir. E.Həsənovun müəllifi olduğu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş 2 kitab Çexiya və Polşada ingilis və italyan dillərində nəşr edilib.

Sadalanan çoxsaylı elmi əsərlər Gəncə şəhərinin etnoqrafiya tarixinin tədqiqinə həsr olunub və gənc tədqiqatçının müdafiə etdiyi dissertasiya işinin mövzusunu əhatə edir. Xarici nüfuzlu elmi nəşrlərdə elmi əsərlərinin nəşrinə görə E.Həsənov 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə AMEA-nın fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Elm üzrə Prezident mükafatı”, 2019-cu ildə AMEA Gəncə Bölməsində elan edilmiş “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqəsinin qalibi adı ilə təltif olunub.

Gənc alim ölkəmizlə yanaşı, bir sıra xarici elmi qurumların mükafatlarına da layiq görülüb. E.Həsənov Almaniyanın Frankfurt-Höte Universitetinin fəxri üvü, İsveç Kral Akademiyasının fəxri əcnəbi üzvü, İtaliyanın Beynəlxalq Elm Nəşriyyatının Redaksiya Heyətinin üzvü seçilib.

Photogallery

1565687616880654253 1000x669

Hadisə