Bazar günü 17 Noyabr 2019

Cəmiyyət

Gəncədə mütəmadi olaraq iməciliklər təşkil edilir

Sənubər Göyüşqızı - 14/08/2019

İməcilik şəhərin hava limanına gedən yolun sağ və sol hissələrində keçirilib. Ərazidə olan yaşıllıq zolaqları alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb.

Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Bundan başqa, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Həmçinin, yaşıllıq zollağı mövsümə uyğun güllərlə təzələnib. Son 1 həftə ərzində hava limanına gedən yolda müxtəlif növ 2 minə yaxın gül-çiçək, 100 ədəd müxtəlif növ ağaclar əkilib. Yaşıllıq aksiyası çərçivəsində Gəncədə 40 minə yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Gəncə Şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqranomu Rizvan Quliyev iməciliklərin mütamadi olaraq şəhərin bütün ərazilərində keçirildiyini bildirib. “Burada quru ağaca rast gəmək mümkün deyil. Gündəlik olaraq ərazi daimi nəzarətdə saxlanılır. Hər gün müntəzəm suvarma işləri həyata keçirilir. Aqrotexniki qaydalara tamamilə əməl olunur”-deyə o qeyd edib.

Photogallery

G72A9787 G72A9801 G72A9798 G72A9795 G72A9806 G72A9790 G72A9822

Hadisə