Bazar günü 13 Oktyabr 2019

Təhsil

ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak edir

Sənubər Qocayeva - 09/08/2019

Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak edir. Bir ay davam edəcək təcrübə proqramı çərçivəsində ADAU-nun Aqrar İnkişaf Könüllüləri - Nərmin Yusifova, Ruslan Vəliyev, Ağgül Əhmədova, Valeh Əsədov və Orxan Muradzadə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq olaraq Torpaqdan istifadəyə nəzarət, Fermerlər, Assosiasiyalar və Koopertivlərlə iş, İctimaiyyətlə əlaqələr və informasiya təminatı, Təhsil və Təlim, Bitkiçiliyin təşkili və monitorinqi şöbələrində təcrübə keçirlər.

Təcrübə proqramının əsas məqsədi tələbələri Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipi ilə yaxından tanış etmək, onlara aqrar sahəyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat vermək, eləcə də sənədlərin düzgün tərtib edilməsi və göndərilməsi ilə bağlı bacarıqları formalaşdırmaqdır.

Qeyd edək ki, bu proqram tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, gələcəkdə aqrar sahədə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir.

Photogallery

67811259 2451630161596591 5548772351119720448 N 67627652 2451630038263270 4976302143125323776 N 68562011 2451630028263271 7734402580087832576 N 69139973 2451630131596594 279372723363250176 N 68416772 2451629998263274 4457944588870483968 N

Hadisə