Cümə axşamı 12 Dekabr 2019

Cəmiyyət

Niyazi Bayramov Qurban bayramı münasibətilə Gəncə Uşaq Evində olub

Gülnar Fazilqızı - 09/08/2019

Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Gəncə Uşaq Evində Qurban bayramı münasibətilə şənlik təşkil olunub, bayram süfrəsi açılıb. Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, uşaqlar cəmiyyətin sabahıdır. Onların qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları olduqca vacibdir.

“Bu gün uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahə ölkə rəhbəri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim nəzarətindədir”, - deyə Niyazi Bayramov qeyd edib. Uşaqları Qurban bayramı münasibətilə təbrik edən şəhər rəhbəri onlara xoşbəxt həyat arzulayıb.  

Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova bildirib ki, uşaqların əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün hər cür şərait yaradılıb. Uşaqlar dövlətin qayğısı ilə əhatə olunublar. Nazirlə İsmayılova göstərilən diqqətə görə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Bayram şənliyində Gəncə Uşaq Evinin sakinləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Onların ifasdında müxtəlif rəqs nömrələri, şeir və musiqi parçaları təqdim olunub.

Gəncə Dövlət Kukla Teatrından gələn müxtəlif nağıl personajlarının iştirakı isə şənliyə əlavə rəng qatıb.

Photogallery

+G72A9751 +G72A9761 +G72A9799 +G72A9772 +PS2A9725 +PS2A9730 +PS2A9723 +G72A9731

Ən çox oxunan

Hadisə