Bazar günü 13 Oktyabr 2019

Cəmiyyət

“Azəriqaz” Gəncə sakinlərinə müraciət edib

Sənubər Göyüşqızı - 08/08/2019

Regionlarda kütləvi sayğac dəyişikliyi ilə əlaqədar olaraq, göstərilən xidmətin operativliyini artırmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin müvafiq şöbələrinin rəhbər heyəti, eləcə də mühəndislər Gəncə şəhərinə ezam olunublar.

“Azəriqaz”dan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində Birliyin 21 xidmətindən ətraf rayonlar da daxil olmaqla (xüsusilə Göygöl və Samux) gündəlik olaraq artıq 200 nəfər yararlanır. Bununla da Gəncə “ASAN Xidmət” mərkəzinə müraciətlərin sayının artacağı gözlənilir.

Dərhal operativ tədbirlər görülüb, beləliklə, Gəncə və Samux sakinlərinin yeni smart tipli sayğacların kartlarını daha rahat şəkildə alması üçün sabahdan etibarən Gəncəyə gəlməsinə ehtiyac qalmayacaq. Onlara lazımi xidmətlər Gəncə Regional Qaz İstismarı İdarəsinin həmin rayonlarda yerləşən xidmət sahələrində göstəriləcək.

“Azəriqaz” Göygöl və Samux rayonlarının hər birində gündəlik 35 yeni smart tipli sayğac quraşdırmağı planlaşdırıb. Lakin ilkin monitorinqlər gün ərzində hər rayondan 50 müraciətin daxil olacağını göstərir. Ona görə də əlavə işçi qüvvələri hazır vəziyyətə gətirilib.

“Report”

Hadisə