Cümə axşamı 12 Dekabr 2019

Cəmiyyət

Ərazi ilk partiya təşkilatının yeni sədri seçilib

Sənubər Qocayeva - 08/08/2019

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatına yeni sədr seçilib. Bununla bağlı keçirilən tədbirdə çıxış edən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən Azər İbrahimov bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.

YAP Gəncə şəhər təşkilatı ideoloji şöbənin baş məsləhətçisi, dosent Hüseyn Budaqov YAP Gəncə şəhər təşkilatının fəaliyyətindən danışaraq, bildirib ki, təşkilat mütərəqqi iş təcrübəsi toplayaraq partiyanın sınanmış qabaqcıl qollarından birinə çevrilib. YAP Gəncə şəhər təşkilatı günü-gündən siyasi və ideoloji cəhətdən daha da mətinləşərək, yeni iş təcrübəsi ilə daha da zənginləşib. Hüseyn Budaqov vurğulayıb ki, bir çox uğurlara imza atan təşkilatımızın fəaliyyətində xüsusilə fərqlənən ərazi ilk partiya təşkilatları var. Nizami rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı ən fəal ərazi ilk partiya təşkilatlarından biridir.

Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Kənan Məmmədov və Teymur Əliyev cıxış edərək, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildiriblər.Onlar qeyd ediblər ki, məhz bu partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz mütərəqqi bir dövlətə çevrilib, xalqımız daha firavan həyata qovuşub.

Sonra ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəallarının yekdil qərarı ilə Canəli Kəsəmənli Yeni Azərbaycan Partiyası Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatına yeni sədr seçilib.

Canəli Kəsəmənli ona göstərilən etimada görə təşəkkürünü bildirərək deyib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

Daha sonra ərazi ilk partiya təşkilatının sədr müavini və katibi seçilib.

Photogallery

67634508 433279450601171 4501660325082300416 N 67809808 388838681818471 1160947660316737536 N 67821114 2652972381382459 7697919555917578240 N 68551018 355340975407353 3064076621548879872 N

Ən çox oxunan

Hadisə