Cümə günü 18 Oktyabr 2019

İdman

İsgəndər Cavadov Gəncənin futbol veterenları ilə görüşüb

Sənubər Qocayeva - 07/08/2019

AFFA tərəfindən Gəncə futboluna ələqələndirici təyin edilən İsgəndər Cavadov futbol veteranları ilə görüş keçirib. Şəhər stadionunun bazasında təşkil olunan toplantıda müxtəlif dövrlərdə “Kəpəz”in şərəfini qorumuş futbolçular iştirak ediblər.

"Siz mənim üçün əziz insanlarsız, bəzilərinizlə eyni dövrdə futbol oynamışam. Siz Gəncə futbolunun sütunusuz. Gəncə Azərbaycan futbolunda iz qoyub. Bu işdə rolunuz danılmazdır. Futbolumuzun inkişafı üçün əziyyət çəkmisiz. Sizin dəstəyinizə ümid edirəm, birlikdə fəaliyyət göstərib, birləşib “Kəpəz”i bu durumdan çıxarmalıyıq. Veteranlar kubun yanında olmalıdırlar. Yavaş-yavaş hər şeyi yoluna qoyub, mövcud şəraiti yaxşılığa doğru dəyişəcəyik. Bir az səbr etmək lazımdır”-deyə qonaq bidirib.

Gəncənin Azərbaycan futbolunun mayakı olduğunu söyləyən Gəncə futbol veteranları klubunun rəhbəri Müzəffər Qasımov isə sözlərinə belə davam edib: “Təəssüflər olsun ki, bu gün vəziyyət fərqlidir. Son 10 ildə Premyer Liqada özünü layiqincə göstərən, doğruldan yerli futbolçumuz olmayıb. Ona görə uşaq futbolundan başlamaq lazımdır. Sizdən xahiş edirik ki, inkişafa təkan verəsiz”.

Çıxış edən digər veteranlar Nurəddin Əliyev, Vahid Abbasov, Məhəmməd Məmmədov və digərləri İsgəndər Cavadovu təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar. Veteranlar Gəncə futbolunun, “Kəpəz”in dirçəlməsi üçün kluba hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.

Allsport.az 

Hadisə