Bazar günü 18 Avqust 2019

Siyasət

Niyazi Bayramov Nikoloz İaşvilini qəbul edib

Gülnar Fazilqızı - 02/08/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncədəki yeni Baş Konsulu Nikoloz İaşvilini qəbul edib. Görüşdə Azərbaycan və Gürcüstan arasında olan dostluq münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncədəki Baş Konsulunu təbrik edib, ona işlərində müvəffəqiyyətlər arzulayıb. Şəhər rəhbəri yeni təyin olunmuş Baş konsula Gəncə, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı barədə ətraflı məlumat verib. O bildirib ki, zəngin mədəniyyətə və qədim tarixə malik olan Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Şəhər əhalisinin 3-də 1-ni gənclər təşkil edir. Gəncədə bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Bunlarla yanaşı Niyazi Bayramov Gəncə ilə Kutaisi arsında olan qardaşlaşmış şəhər münasibətlərdən söz açıb və mövcud əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyi bildirib.

Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili səmimi qəbula görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür. Söhbət zamanı bu əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək adımlar, gələcək prespektivlər müzakirə olunub.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

 

Photogallery

+EP6A5604 +EP6A5592 +EP6A5621

Hadisə