Cümə axşamı 12 Dekabr 2019

İdman

Gəncədə Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi qeyd olunub

Gülnar Fazilqızı - 02/08/2019

Gəncədə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi qeyd edilib. Gəncə Gənclər Evinin qarşısında təşkil olunan tədbirdə şəhərin fəal gəncləri mükafatlandırılıblar.

Gənclər və İdman Nazirliyinin yaradılmasının  25 illiyinə həsr olunan tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Nazirliyin ölkədə gənclər və idman hərəkatının formalaşmasındakı rolundan danışınıb. Dövlət siyasətinin vacib istiqamətlərindən olan bu iki sahə üzrə əldə edilən uğurlar, qazanılan qələbələr, təşkil edilən tədbirlərin və yarışların əhəmiyyəti vurğulayıb. İcra edilən proqramların gənclərin həyatındakı rolundan, cəmiyyətin  inkişafına verdiyi töhfədən söz açıb.

Rəsmi hissədən sonra bayram şənliyi ilə davam edən parti şən və yaddaqalan anlar yaşanıb. Gənclər üçün əyləncəli viktorinalar təşkil olunub. Qaliblərə hədiyyələr verilib. 

Tədbirin yekununda şəhərin ictimai həyatında fəallığı ilə seçilən bri qrup gənc Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb. 

Photogallery

7D3A2796 7D3A2789 7D3A2885 7D3A2848 7D3A2901 7D3A2914 7D3A2908 7D3A2823

Hadisə