Cümə günü 18 Oktyabr 2019

QHT

Türkiyənin İzmir şəhər Bələdiyyəsinin üzvləri Gəncədə işgüzar səfərdə olublar

Gülnar Fazilqızı - 29/07/2019

Türkiyənin İzmir şəhərinin Böyükşəhər Bələdiyyəsi və Çiğli Bələdiyyəsinin Məclis üzvü Dəniz Bektaş, Çiğli Bələdiyyəsinin başkan yardımçısı Tülin Koç və Avropa Birliyinin Təhsil və Gənclik Proqramları Mərkəzinin Türkiyə Respublikasındakı nümayəndəliyinin Avropa Könüllülük Xidməti üzrə Çiğli Bələdiyyəsində məsul şəxsi Gülsün Özünal Derse Gəncə şəhərində işgüzar səfərdə olublar. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin dəvəti ilə baş tutan səfər zamanı qonaqlar müxtəlif görüşlərdə iştirak ediblər.

Səfərin əsas məqsədi Gəncə və Bakıda müxtəlif işgüzar görüşlər keçirmək, bələdiyyələrlə görüşərək təcrübə mübadiləsi etmək və gənlər sahəsində müxtəlif layihələrin birgə icrasını həyata keçirməkdir. Səfər çərçivəsində qonaqlar ilk görüş Nizami ( Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədovla baş tutub.  Görüşdə sədrlə yanaşı, sədr müavini Fikrət Əliyev, bələdiyyə üzvü Nigar Ələsgərova da iştirak ediblər.  Hər iki bələdiyyə arasında gələcək əməkdaşlıq imkanları, həyata keçirilə biləcək mədəniyyət, təhsil, idman və gənclərin fərdi inkişafı istiqamətində digər layihələr, təkliflər müzakirə olunub. Türkiyənin qərb bölgəsinin paytaxtı hesab olunan İzmirlə Azərbaycanın Qərb bölgəsinin paytaxtı Gəncə şəhərinin ortaq xüsusiyyətlərinin nəzərə alınması, hər iki şəhər arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində planlar müzakirə olunub. Görüşün sonunda Nizami ( Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədov qonaqlara Gəncə şəhərini simgələyən hədiyyələr təqdim edib.  Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub, Heydər Əliyev Park kompleksində gəzinti təşkil edilib.

Qonaqların növbəti görüşü “Sahibkar Qadınlar İctimai Birliyi”nin sədri Zemfira Ağayeva və “ Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz xanımla baş tutub. Bu görüşdə isə qadınların sahibkarlıq fəaliyyəti, müxtəlif təşəbbüslər çərçivəsində əməkdaşlığının artırılması və s. istiqamətində müzakirələr keçirilib. Eyni zamanda mövcud təcrübələrin paylaşılması məqsədi ilə gələcək birgə fəaliyyətlər müzakirə olunub. Sonda xatirə fotosu çəkilib.

Bələdiyyə üzvləri həmçinin ölkədə ilk dəfə həyata keçirilən “Milli Yaylaq Festivalı”nda da iştirak ediblər. Ümumilikdə Gəncənin tarixi abidələri və müasir memarlığı ilə tanış olublar.

Məlumat üçün bildirək ki, "Odlar Yurdu" GİB cari ilin aprel ayında Türkiyənin İzmir şəhərində keçirilən "Erasmus+" Gənclər Mübadiləsi Proqramında 5 nəfərlik heyətlə təmsil olunub. "Odlar Yurdu" GİB-nin üzvləri orada İzmirin Çilğli Bələdiyyə Başkanı Utku Gümrükçü, Başkan yardımcısı Tülik Koç və İzmir Böyükşəhər Bələdiyyəsi və Çiğli Bələdiyyəsi Məclis üzvü Deniz Bektaşla görüşüblər. Görüş Avropa Birliyinin Təhsil və Gənclik Proqramları Mərkəzinin Türkiyə Respublikasındakı nümayəndəliyinin Avropa Könüllülük Xidməti üzrə məsul şəxs Gülsün Özünal Dersenin təşkilatçılığı ilə baş tutub. Türkiyənin İzmir Böyükşəhər və Çiğli Bələdiyyəsi üzvlərinin Gəncəyə səfəri də həmin görüşün davamı olaraq baş tutub. 

 

Hadisə