Cümə axşamı 12 Dekabr 2019

İdman

Azərbaycan birinciliyinə yekun vurulub

Gülnar Fazilqızı - 29/07/2019

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.

yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

Yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 89, 96 və 102 kq-a qədər olan atletlər qüvvələrini sınayıblar. 89 kq çəki dərəcəsində toplam 216 kq (96+120) nəticə ilə Hacı Əlimanov, 96 kq çəki dərəcəsində toplam 130 kq (60+70) nəticə ilə Sadiq Aslanlı, 102 kq çəki dərəcəsində isə toplam 71 kq (30+41) nəticə ilə Şamil Səlimli qalib adını qazanıblar.

Yaşı 17-yə qədər olan oğlanlar arasında ilk olaraq çəkisi 55 və 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar. 55 kq çəki dərəcəsində toplam 174 kq (76+98) nəticə ilə Nihad Həsənli, 61 kq isə toplam 214 kq (98+116) nəticə ilə Fuad Həsənov qızıl medala layiq görülüblər.

67 kq çəki dərəcəsində toplam 260 kq (115+145) nəticə ilə Rüstəm Qasımov, 73 kq-da isə toplam 237 kq (105+132) nəticə ilə Nurlan Rəsulov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Körpücüyə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 81, 89, 96, 102 və +102 kq olan atletlər çıxıblar. 81 kq-da toplam 267 kq (115+142) nəticə ilə İsa Həsənli, 89 kq-da toplam 323 kq (146+177) nəticə ilə Tarmenxan Babayev, 96 kq-da toplam 215 kq (100+115) nəticə ilə Kənan Zamanov, 102 kq-da toplam 296 kq (131+165) nəticə ilə Əli Şükürlü, +102 kq çəki dərəcəsində isə toplam 265 kq (120+145) nəticə ilə Rəhman Kazımov qızıl medal qazanıb.

89 kq. U-15.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Əlimanov Hacı 2005 Bakı Təhsil 82.2 96 120 216
2. Fətəliyev Hüseyn 2005 Lənkəran Zirvə 85.8 80 103 183
3. Məmmədov Fərhad 2004 Gəncə Təhsil 81.8 75 95 170
4. Quliyev Nurəddin 2005 Gəncə Təhsil 86.4 72 85 157
5. Zeynalzadə Emil 2004 Lerik Təhsil 86.5 62 81 143
6. Babazadə Murad 2005 Sumqayıt Zirvə 88.9 52 - -

96 kq. U-15.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Aslanlı Sadiq 2004 Sumqayıt Təhsil 92.2 60 70 130
2. İbrahimov Fuad 2005 Bakı Təhsil 89.4 45 59 104

102 kq. U-15.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Səlimli Şamil 2005 Bakı Təhsil 97.4 30 41 71


55 kq. U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Həsənli Nihad 2003 Lənkəran Zirvə 53.2 76 98 174
2. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 50.8 79 94 173
3. Hüseynli Fizuli 2002 Sumqayıt Təhsil 55.0 72 85 157
4. Azayev Hüseyn 2003 Bakı Təhsil 55.0 62 76 138
5. Cəmilov Ülvi 2003 Gəncə Təhsil 54.5 60 75 135
6. Məmmədov Rövşən 2003 Neftçala Zirvə 54.8 60 70 130
7. Quliyev Elgün 2003 Bakı Təhsil 54.2 50 65 115


61 kq. U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Həsənov Fuad 2003 Lənkəran Aviator-UGİM 59.1 98 116 214
2. Məmmədov Tehran 2002 Qobustan UGİM 59.2 94 116 210
3. Qəmbərzadə İsmayıl 2003 Lənkəran Təhsil 59.1 75 95 170
4. Qasımzadə Ülvi 2003 Cəlilabad UGİM 59.5 55 69 124
5. Əliyev Sadiq 2003 Yevlax UGİM 60.5 0 - -

67 kq. U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Qasımov Rüstəm 2002 Lənkəran Aviator-Təhsil 66.30 115 145 260
2. Cavadov Ömər 2002 Xırdalan Aviator-Zirvə 65.00 107 125 232
3. Əskərzadə Samir 2002  

...

Hadisə