Bazar günü 13 Oktyabr 2019

Mədəniyyət

Bilal Ərdoğan Gəncədə Nuru paşanın ev-muzeyini ziyarət edib

Sənubər Qocayeva - 28/07/2019

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib. Muzeylə tanışlıq zamanı TİKA-nın burada gördüyü işlər barədə məlumat verilib, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Qeyd edilib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə olarkən Azərbaycan Respublikasının kəşfiyyat rəhbəri Nağı Şeyxzamanlının qonağı olub. Bundan sonra Nuru Paşa evdən qərargahı kimi istifadə edib. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.

Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında iştirak etmək üçün Azərbaycana səfər edib.

Photogallery

95ddb471 7e6f 4f19 B2e9 1381677a1ea9 640 819f8fa5 5047 4ab7 B437 46c868884227 640

Hadisə