Bazar günü 18 Avqust 2019

Təhsil

Gəncədə 'Abituriyent Məsləhət Mərkəzi' yaradılıb

Sənubər Qocayeva - 26/07/2019

Abituriyentlərə kömək məqsədi ilə Dövlət İmtahan Mərkəzinin Regional bölmələrində, o cümlədən Gəncədə “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb. Mərkəz ödənişsiz əsaslarla fəaliyyət göstərir. Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 3 ixtisas qrupu – I-IV ixtisas qruplarının hər hansı ikisi və V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Hər hansı bir çətinliklə rastlaşdıqda isə Dövlət İmtahan Mərkəzinin regional bölmələrində yaradılan məlumat mərkəzinə müraciət etmək olar.

DİM Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov bildiririb ki, əvvəlki illərdən fərqli olaraq abituriyentlərin bu il ixtisas seçimi mərhələsində dövlət tərəfindən müəyyən ixtisaslarda plan yerlərinin sayı artılıb. Abituriyentlər ixtisas seçimini edərkən mütləq abituriyent 4 jurnalında plan yerlərinə nəzər yetirməlidirlər. Əvvəliki illərin keçid ballarına baxmalıdılar.

Qeyd edək ki, “Abituriyent Məsləhət Mərkəzi” Gəncə Regional Bölməsində həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.

 

Hadisə