Bazar günü 13 Oktyabr 2019

Mədəniyyət

Respublika Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb

Gülnar Fazilqızı - 26/07/2019

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.

İttifaqın mətbuat xidmətindən bildirilib ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

Hadisə