Cümə axşamı 12 Dekabr 2019

Mədəniyyət

Bakıda 'Jara-2019' festivalı başlayıb

Sənubər Qocayeva - 26/07/2019

İyuun 25-də Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçiriləcək "Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının açılışı olub.

Konsertin ilk günüdə Filipp Kirkorov, A’Studio, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Mozgi, Qlyuk’oza, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Emin Ağalarov, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lopak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Artik & Asti, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, MONATIK, Zülfiyə Xanbabayeva, Vremya & Steklo qrupları və başqaları çıxış ediblər.

İfaçılar öz repertuarlarında hit mahnıları səsləndiriblər. Festivalın birinci günündə Yana Çurikova aparıcılıq edib.

Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun olduqlarını bildiriblər.

Festival çərçivəsində növbəti günlərdə yaradıcılıq gecələri də keçiriləcək.

İyulun 26-da Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə Emin Ağalarov, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadacaqlar.

İyulun 27-də “Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.

İyulun 28-də isə Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə A`Studio, Denis Klyaver, Emin Ağalarov, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Azərtac

Photogallery

W 1615640888374601441563 1000x669 W 1615640888373193217785 1000x669 W 1615640888384013226097 1000x669 W 16156408883715806641 1000x669 W 1615640992622652646487 1000x669 W 1615640992625710943090 1000x669 W 1615640890264203728663 1000x669

Hadisə