Çərşənbə axşamı 22 Oktyabr 2019

İqtisadiyyat

Gəncə Avtomobil Zavodundan daha bir yenilik

Gülnar Fazilqızı - 24/07/2019

Gəncə avtomobil zavodu İstehsalat Birliyi dünən daha bir yeniliyə imza atıb. Müəssisə Finlandiyanın məşhur Sampo firması ilə əməkdaşlıq memorandumu imzalayıb.

Sənədə əsasən iki şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki servizin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, digər məsələlərdə əməkdaşlıq edəcəklər. Birgə fəaliyyətlə bağlı təklif Finlandiyanın məşhur Sampo firmasından gəlib. Memarandiumun imzalanma mərasimində gələcəkdə əməkdaşlıq planları müzakirə olunub. Memorandum Sampo şirkəti adından region üzrə satış və marketinq direktoru Sami Seppala və Gəncə Avtomobil Zavodu İB-i adından direktor müavini Elşən Məmmədov tərəfindən imzalanmışdır.

Photogallery

Imzalanma 3

Hadisə