Bazar günü 18 Avqust 2019

İqtisadiyyat

UTECA-nın tələbəsi kənd turizminin inkişafını hədəfləyən layihədə iştirak edib

Gülnar Fazilqızı - 15/07/2019

UTECA-nın III kurs tələbəsi Vüsal Əliyev "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsinin iştirakçısı olub.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihə çərçivəsində Lerik və Lənkəran rayonlarına İNFOTUR təşkil edilib. İNFOTUR-a ölkəmizdə fəaliyyət göstərən KİV, QHT nümayəndələri, turizm şirkətlərinin əməkdaşları və başqaları, ümumilikdə 20 nəfər qatılıb. . İNFOTUR iştirakçıları birinci gün Lerik rayonunda Günəşli şəlaləsi, Buzeyir mağarası, Uzunömürlülər muzeyi, Hamarmeşə kənd sakini, fərdi sahibkar Fərman Haşımovun arıçılıq təsərrüfatı ilə tanış olublar. İNFOTUR-un 2-ci günündə Lənkəran rayonun Haftoni qəsəbəsindəki çay plantasiyalarına səfər edib, çayın becərilmə və istehsal üsulları ilə tanış olublar. Görüşün təşkili yerli əhali ilə İNFOTUR iştirakçıları arasında kənd turizminin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, təbliğat işinin artırılması və bununla da onların kənd turizmi fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.

Photogallery

66656265 2495784443822856 107440105853026304 N 66781539 371094586942377 4410958922257530880 N 66800756 490927525053506 1765128419311353856 N 67104397 2359438337717854 5682728979467862016 N 67114328 455420485291002 112149606212567040 N 67014739 354296395245197 571823703747198976 N

Hadisə