Bazar günü 15 Dekabr 2019

Cəmiyyət

BMTQAK-ın Azərbaycandakı Nümayəndəliyi Gəncədə təlim təşkil edib

Gülnar Fazilqızı - 15/07/2019

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi məcburi köçkün icmalarında, eləcə də qaçqınlar və sığınacaq axtaran şəxslər arasında “Cinsi və gender zəminində zorakılıq hallarının qarşısının alınması və cavab tədbirlərinin görülməsi” layihəsini icra edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə icra olunan lahiyə çərçivəsində növbəti təlim Gəncədə təşkil olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, layihə koordinatoru Lüdmila Xəlilova, habelə şəhər və rayon icra hakimiyyətləri nəzdində yaradılan, müvafiq ərazilərdə gender məsələlərinə görə cavabdehlik daşıyan monitorinq qruplarına daxil olan əməkdaşlar iştirak ediblər. Təlim iştirakçılarına layihənin məqsədi və hədəf qrupları barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi  qaçqınlar və məcburi köçkünlər arasında cinsi və gender zəminində zorakılıq barədə məlumatlılığın artırılmasıdır.

Qeyd edək ki, “Cinsi və gender zəminində zorakılıq hallarının qarşısının alınması və cavab tədbirlərinin görülməsi” layihəsi çərçivəsində Gəncə ilə yanaşı Bakı, Sumqayıt, Bərdə, Ağdam, Mingəçevir və Goraboyda da məcburi köçkün, qaçqın, qadın vı kişilər üçün informasiya sessiyaları təşkil olunacaq.

Photogallery

EP6A1028 EP6A1107 EP6A1018 EP6A1100 EP6A1189

Hadisə