Çərşənbə günü 13 Noyabr 2019

QHT

“Gələcəyə Körpü” GİB Gəncə şəhərində yeni layihəyə start verir

Sənubər Qocayeva - 12/07/2019

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Gəncə şəhərində “Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərdən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsinə start verir.

Layihənin əsas məqsədi uşaq evləri və gimnaziyalarda təhsil alan uşaq və yeniyetmələrə internet və onun təhlükəsizliyi haqqında məlumat vermək və onları bu mövzuda maarifləndirməkdir.

Layihə çərçivəsində Gəncə şəhərində yerləşən 4 müəssisənin (uşaq evləri və gimnaziyalar) hər birində 2 gün olmaqla seminarlar həyata keçiriləcək. Seminarlarda uşaq və yeniyetmələrə internet təhlükəsizliyi, internetdən istifadə qaydaları və internetin zərərli təsirlərində qorunma üsulları barədə məlumat veriləcək.

Qeyd edək ki, layihə 4 ay müddətində davam edəcək.

Hadisə