Bazar günü 15 Dekabr 2019

Siyasət

Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib

Sənubər Qocayeva - 11/07/2019

Gürcüstanın yeni təyin edilmiş baş konsulu patent sənədini Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim edib.

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Gürcüstanın yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvili ilə görüşüb. Görüşdə Nikoloz İaşvili baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Nikoloz İaşviliyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Hadisə