Cümə axşamı 21 Noyabr 2019

Elm

EQAC komandası texniki məsələlərlə bağlı bir araya gəlib

Surxay Məmmədzadə - 11/07/2019

UTECA nümayəndələri sisteminin funksiyalarının necə işlədiyini əyani şəkildə yoxlayıblar

Bakı Biznes Universitetində təşkil olunan 1 günlük təlimdə müəssisə daxilində keyfiyyətin təminatı üçün istifadə olunan tətbiqi proqram təminatı QPR Graphics və QPR Metrics Avropa Təhsil Standardları (ESG) əsasında real vəziyyət işlənib. Azərbaycan Texnologiya Universitetinin keyfiyyət təminatına dair tətbiqi  proqramını universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov test ediblər, sisteminin  funksiyalarının  necə işlədiyini əyani şəkildə yoxlayıblar. UTECA nümayəndələri keyfiyyətin təminatı ilə bağlı Avropa Təhsil Məkanının (EHEA) təcrübəsini öyrənmək üçün təlimdə iştirak edən avropalı təhsil ekspertləri ilə təcrübə mübadiləsi aparıblar.

EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+ proqramı çərçivəsində həyata keçirilir. 5 avropa, 11 Azərbaycan universitetinin iştirak etdiyi layihə tələbə yönümlü təhsil  proqramlarının yeni standartlara uyğun yazılması, tələbələrlə iş, tələbəyə dəstək, professor-müəllim heyətinin illik fəaliyyətinin reytinq qiymətləndirilməsi və stimullaşdırılması kimi bir sıra konsepsiyaları özündə birləşdirir.

EQAC çərçivəsində indiyə qədər İngiltərə, Litvada, İsveçdə UTECA əməkdaşlarının aktiv iştirak etdiyi müxtəlif təlimlər təşkil olunub.

Photogallery

7 6

Hadisə

Təhsil