Çərşənbə axşamı 16 İyul 2019

Təhsil

II Beynəlxalq yay məktəbi iştirakçıları üçün ekskursiya təşkil olunub

Sənubər Qocayeva - 10/07/2019

2019-cu ilin 9-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi təşkil olunub.

Yay Məktəbi zamanı təlimlərdən əlavə iştirakçıların asudə vaxtlarının səmərəli istifadəsi də təşkil edilib. 
 
Muzeydə sərgi olunan “Azərbaycan milli geyimləri” sərgisində ölkəmizin müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları, Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında tərtib edilmiş “Azərbaycan – qədim sivilizasiya məkanı” sərgisində müxtəlif bölgələrə aid qiymətli arxeoloji eksponatlar məktəb iştirakçılarının diqqətini çəkib.
Daha sonra iştirakçılar Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Burda onlara ölməz şairin yaradıcılığı həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
 

Photogallery

66358084 2397108900382051 6901441819612020736 N

Ən çox oxunan

Hadisə