Çərşənbə axşamı 16 İyul 2019

Cəmiyyət

Millət vəkili Xanlar Fətiyev Gəncə hadisələrindən yazdı

Sənubər Qocayeva - 10/07/2019

Millət vəkili Xanlar Fətiyev: “ Həmin o çətin anlarda gəncəlilər bir daha sübut etdi ki, onlar dövlətini, Prezidentini sevir, müstəqilliyimizin qorunması üçün bütün fədəkarliqlara hazırdırlar”.

“Gəncə dövlətimizə və dövlətçiliyimizə məhəbbətin rəmzi olan qədim şəhərdir. Düz bir il bundan qabaq, mərkəzi meydanda məkrli qüvvələr dövlətimizə və milli maraqlarımıza qarşı təhdid ola biləcək bir təxribat törətdi, qan töküldü. Ayrı-ayrı şəhər və rayonlardan olan təxminən 150-200 nəfərdən ibarət radikal bir qrup meydanda ictimai asayışı pozmağa, çaxnaşmalar yaratmağa cəhd göstərdilər və nəticədə iki yüksək rütbəli polis əməkdaşı polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov şəhid oldular. Bu Azərbaycan dövlətçiliyinə qarşı məqsədli şəkildə təşkil olunmuş bir qəsd aktı idi”. Bu açıqlamanı Milli Məclisin deputatı Xanlar Fətiyev verib. Onun sözlərinə görə günü gündən Azərbaycanın inkişafını, çiçəklənməsini, qüdrətli bir dövlətə çevrilməsini istəməyən bəzi xarici dövlətlərin xüsusi kəşfiyyat orqanları və onlara xidmət edən, terroru dəstəkləyən yerli nümayəndələri  müxtəlif yollarla çaxnaşmalar salmaqla ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa çalışırdılar. Lakin həmin o çətin anlarda gəncəlilər bir daha sübut etdi ki, onlar dövlətini, Prezidentini sevir, müstəqilliyimizin qorunması üçün bütün fədəkarliqlara hazırdırlar.

“Xatırlayırsınızsa həmin xaos və qarışıqlıq cəmi 1 saata yaxın çəkdi. Hüquq mühafizə orqanlarının əməkdaşları tez bir zamanda ictimai əsayişi pozanlara qarşı ciddi ölçü götürdü və ixtişaş törətmək istəyənləri həbs etdilər. Həmin hadisələr ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində idi. Dövlət başçısı da Gəncə hadisələrinə hüquqi qiymət verdi və Gəncə şəhərində baş verənləri sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu xüsusi vurğuladı. Bu gün aparılan istintaq da bir daha sübut edir ki, bu düşünülmüş, xüsusi hazırlanmış bir təxribat idi” deyə millət vəkili bildirib.

Xanlar Fətiyev əlavə edib ki, həmin vaxt o proseslərdə şəhər əhalisinin bu xaos və ixtişaşlara dəstək göstərməməsi, əksinə bu baş verənləri qəti şəkildə pisləməsi bir daha sübut etdi ki, gəncəlilər dövlətçiliyimiz və müstəqillimiz, Azərbaycanın günü gündən çüçəklənməsi və inkişaf etməsi naminə daim Prezident İlham Əliyevi dəstəkləyirlər və  ölkə başçısının ətrafındadırlar.

 

Ən çox oxunan

Hadisə