Çərşənbə axşamı 17 Sentyabr 2019

Cəmiyyət

Gəncənin YAP fəalları “Gənc Liderlərin” yay məktəbi layihəsində

Gülnar Fazilqızı - 10/07/2019

YAP Gəncə şəhər təşkilatının bir qrup fəal gənci Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Oğuzda keçirilən “Gənc Liderlərin yay məktəbi” layihəsində iştirak edirlər.

Gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların öyrənilməsini təmin etmək məqsədi ilə təşkil edilən yay məktəbində Gəncənin partiya fəalları respublikanın YAP rayon (şəhər) təşkilatlarının fəal gəncləri ilə birlikdə təlimlərə, seminarlara idman yarışlarına, əyləncəli oyunlara qatılıblar. Əyləncə saatlarında YAP Gəncə şəhər təşkilatının fəallarından olan Əli Məmmədlinin ifasında səsləndirilən musiqi nömrələri iştirakçılarda xoş ovqat yaradıb.

Qeyd edək ki, layihənin açılış mərasimində YAP İcra-katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatları Rauf Əliyev və Kamilə Əliyeva iştirak edib və gənclərə tövsiyələrini bildiriblər.

Hadisə