Çərşənbə günü 18 Sentyabr 2019

QHT

Gəncədə “Qadınlarımızı dəstəkləyək” adlı satış sərgisi keçirilib

GanjaNews - 09/07/2019

Gəncə “Sahibkar qadınlar” İctimai Birliyinin və “Qızıl əllər” məhdud məsuliyyətli tədris müəssisəsinin təşkilatçılığı ilə Gəncədə ölkə üzrə mentor və gənc sahibkar qadınların istehsal etdiyi məhsullardan ibarət “Qadınlarımızı dəstəkləyək” adlı satış sərgisi keçirilib.

Millət vəkili ərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü 250-dən çox sahibkarın iştirak etdiyi tədbirdə əl işi sənətkarlığı, toxuculuq, xalçaçılıq, kənd təsərrüfatı məhsulları və s. sərgilənib. Sərgi çərçivəsində işgüzar görüşlər keçirilib. Sərgidə 30-u Gəncə, 30-u Bakı olmaqla, digər regionlardan da nümayəndələr iştirak ediblər. Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın inkişaf və müəssisə qrupunun əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Üzvlər Masallı, Neftçala, Ağdam, Ağcabədi, Bərdə,Goranboy rayonlarını təmsil ediblər.

“Sahibkar qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva bildirib ki, ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məqsədilə hər il mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. İşgüzar xanımlar bu tədbirlərdə öz məhsullarını sərgiləyir və onların satışını həyata keçirirlər. Tədbirin məqsədi sahibkar qadınların fəaliyyətini gücləndirmək üçün onlarla dövlət və qeyri-dövlət nümayəndələri, təşkilat rəhbərləri, bank işçiləri və digər aidiyyəti şəxslər arasında əlaqələr qurmaq və inkişaf etdirməkdir. Müxtəlif bölgələrdən olan sahibkarların əlaqə qurmasının vacibliyini vurğulayan Zenfira Ağayeva birgə əməkdaşlıqla gələcəkdə daha da uğurlu nəticələr əldə etmək ehtimalının yüksək olduğunu vurğulayıb.

Qadın sahibkarların iştirakının nəzərdə tutulduğu sərgiyə kişi sahibkarlar da qatılıb. Sərgi zamanı sahibkarların nümayiş etdirdiyi məhsulların, eyni zamanda, satışının həyata keçirilməsi gənc sahibkarlarda böyük stimul yaradıb. 

 

Photogallery

65816818 2271850816465904 7158871920132227072 N 65817594 2271848653132787 4738336495088173056 N 65954188 2271872979797021 5729354130820956160 N 65946962 2271850826465903 2320942048347160576 N 65821948 2271850689799250 4805605943620403200 N 66298762 2271850643132588 4866987086479097856 N

Hadisə

Cəmiyyət