Bazar günü 15 Dekabr 2019

Mədəniyyət

“Sabahın xeyir, Azərbaycan!” bu həftə Gəncədən yayımlanır

Gülnar Fazilqızı - 08/07/2019

İctimai TV-nin səhər proqramı olan “Sabahın xeyir, Azərbaycan!” verilişi bu həftə Gəncədən canlı yayımlanır. Verilişin yaradıcı kollektivi bir həftə ərzində Nizami yurdunda olacaq, Gəncənin gəzməli-görməli məkanları, tarixi, mədəniyyəti və mətbəxindən söhbət açacaqlar. Veriliş həftə ərzində şəhərin müxtəlif məkanlarından fərqli qonaqların iştirakı ilə təqdim olucanaq.

Verilişin ilk buraxılışı Gəncənin Xan bağından yayımlanıb. İki saat ərzində Gəncənin qədim məhəllələrindən söz açılıb, Gəncə mətbəxinin özəl təamlarından olan paxlava, zilviyyə və dovğanın hazırlanma qaydasından danışılıb. Bunlarla yanaşı Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk “Sabahın xeyir, Azərbaycan!” verilişinin qonağı olub. O, Azərbaycan və Türkiyə xalqları arasında olan dostluq münasibətlərindən söz açıb, Gəncə ilə bağlı təəssüratlarını bölüşüb. Bədii metal işləmə sahəsində özünəxas əl işlərin müəllifi olan Əməkdar rəsam Mübariz Əkbərovun sənətkarlıq nümunələri verilişə xüsusi rəng qatıb. Veriliş boyu Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Xalq Çalğı Alətləri Ansamblının ifaları isə tamaşaçılara ötürülən xoş ovqatın qarantı olub. “Sabahın xeyir, Azərbaycan!” verilişi hər səhər saat 8-də başlamaqla, iki saat davam edir. Növbəti buraxılış dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsindən yayımlanacaq.

Photogallery

66295959 882557372131412 3524594177646002176 N Hjkl

Hadisə