Bazar ertəsi 26 Avqust 2019

Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasının kollektivi hesabat konserti ilə çıxış edib

Gülnar Fazilqızı - 06/07/2019

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunub. “Göygöl ” Dövlət Mahnı və Rəqs Ansamblı və Gəncə Dövlət Kamera Orkestrının kollektivi tamaşaçılar qarşısında çıxış ediblər.

Gəncə Dövlət Filarmoniyasının icraçı direktoru Elçin Elçiyev bildirib ki, mövsumun sonu olduğundan təşkil olunan konsert proqramı bir növ hesabat xarakteri daşıyır. Əsas məqsəd isə sakinlərin zövqunü oxşayan musiqilər təqdim etməklə, onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır. Konsert zamanı Gəncənin sayılıb seçilən müsiqiçilərinin ifasında həm yerli, həm də xarici bəstəkarların əsərləri, xalq mahnıları səsləndirilib. Gəncə Dövlət Kamera Orkestrının üzvləri Xalq artisti Rafael Bayramovun dirijorluğu,  “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı isə Xalq artisti Adil Bayramovun rəhbərliyi ilə çıxış edib. Xalq artistləri Şahnaz Həşimova və  Sevinc İbrahimovanın, əməkdar artist Kəmalə Tağızadənin, Elmir Pişnamazzadənin ifaları alqışlarla qarşılanıb. Xoreoqraf Sənan Cavadzadənin quruluş veridiyi rəqs nömrələri isə konsert proqramına xüsusi rəng qatıb.

Photogallery

EP6A9379 EP6A9416 EP6A9441 EP6A9445 EP6A9453 EP6A9407 EP6A9397 EP6A9439

Ən çox oxunan

Cəmiyyət