Bazar günü 13 Oktyabr 2019

Təhsil

Gəncə Tibb Kollecinin tələbələri maarifləndiriliblər

Sənubər Qocayeva - 05/07/2019

Gəncə Tibb Kollecində narkomaniyaya və narkobiznesə qarşı maarifləndirici tədbir keçirilib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə düzənlənən yığıncaqda gənclərə narkomaniyaya və narkobiznesə qarşı mübarizə aparmağın yolları və törətdiyi fəsadlar barədə məlumat verilib.

Çıxış edən Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.  Rzayevin sözlərinə görə cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan narkomaniya dünyada silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədədir və hər bir millətin təhlükə mənbəyinə çevrilib.

Tədbirdə Gənclər və İdman Baş İdarəsini rəis Müşfiq Cəfərov,  Gəncə Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin müavini Comərd Rzayev, Gəncə Narkoloji Dispanserinin həkimi  Etibar Xəlilov da çıxış edərək narkomaniya və digər zərərli vərdişlər, onların fəsadları, bu dəhşətli bəlaya qarşı aparılan mübarizədən danışıblar. Gənclər arasında narkomaniyanın yayılmasının hər zaman cəmiyyətin aktual problemi olduğunu tədbir iştirakçıların diqqətinə çatdırıblar. Gəncləri əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə daim fəal olmağa çağırıblar.

Sonra çıxış edənlər də narkomaniyanın dəhşətli nəticələrindən danışdılar və vurğulandı ki, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Tədbirin sonunda "Ağ ölüm" adlı sosial video-çarx nümayiş etdirilib və gəncləri maraqlandıran suallar aidiyyəti qürumların nümayəndələri tərəfindən cavablandırılıb.

Photogallery

65386776 2148707028511505 5365109215851446272 N 65911052 2148616268520581 4999673357990363136 N 65279986 2148616728520535 1383051543158194176 N 65391631 2148627415186133 2858237169972019200 N

Hadisə