Bazar günü 13 Oktyabr 2019

Təhsil

Gəncə Tibb Kollecində Mülkü Müdafiə qüvvələrinin növbəti məşqi keçirilib

Gülnar Fazilqızı - 04/07/2019

Gəncə Tibb Kollecdə 2019-cu il üçün hazırlıq planına müvafiq olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq məşqi keçirilib.

Mülki müdafiə qərargahının rəhbəri, tibb kollecinin direktoru M. Rzayev tədbirdə çıxış edərək fövqəladə hallar zamanı kollec  əməkdaşlarının mühafizəsinin  təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, rəhbər heyətə və işçilərə fövqəladə hadisələri zamanı yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə  praktiki vərdişlərin aşılanmasının vacibliyindən danışıb. M. Rzayev əlavə edib ki, bu gün tibb kollecində yanğının vaxtında qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlər görülüb, dam örtüklərinin taxta konstruksiyalarına yanğına davamlı məhlul höpdurulub, bütün binada yanğın əleyihinə müasir siqnal sistemi quraşdırılıb.

Sonra MM qərargah rəisi S.N.Abbasova çıxış edərək kollecin hərbiləşdirilməmiş heyətinə mülki müdafiənin yaranması barədə videoçarxlar nümayiş etdirib, yanğınsöndürən balonlar və onlardan istifadı qaydaları barədə məlumat verib. Abbasova kollecdə yanğın əleyhinə 80 tonluq YSH–sinin daim yanğına qarşı hazır vəziyyətdə olmasının vacibliyi, YSH-ya  quraşdırılmış su nasosu barədə işçilərə geniş məlumat verib.

Yanğınsöndürmə manqasının  komandiri Tariyel Əliyev çıxış edərək kollecin mərtəbələrində quraşdırılmış su kranları haqqında məlumat verilib, su nasosunun işləməsi qaydasını əyani olaraq işçilərə nümayiş etdirib.

Photogallery

WhatsApp Image 2019 07 01 At 12.16.27

Hadisə