Çərşənbə günü 11 Dekabr 2019

QHT

“Təmas” RİİB “Öz işini qur” biznes təlimləri təşkil edib

Gülnar Fazilqızı - 04/07/2019

“Təmas” RİİB “Insan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Rabilitasiya-Reinteqrasiya Mərkəzi (Sığınacaq)” layihəsi çərçivəsində “Öz işini qur” biznes təlimləri keçirilib. Təlimlərdə həssas vəziyyətdə olan 20 qadın iştirak edib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

Təlimlər zorakılığa məruz qalmış qadınların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına köməklik göstərmək məqsədi daşıyır. Belə ki, təlimlər zamanı qadınlar kiçik biznes qurmaları üçün onlara dəstək göstərə biləcək qurum və şəxslər, habelə biznes planın hazırlanması üsulu və qaydaları barədə məlumatlandırılıblar.  

Təlimin ilk günü qadınlara biznes, sahibkarlıq, fərdi sahibkarlıq, kiçik biznes fəaliyyətləri ilə əlaqədar izahlı məlumatlar verilib. İkinci gün müştəri münasibətləri, marketinq və satış kimi, biznesin inkişaf etdirilməsi yolları izah olunub, kiçik bniznesdə biznes planın hazırlanması üzrə təlimatlar verilib.

Layihə rəhbəri Südabə Məmmədova qey edib ki, xüsusilə evdar qadınların öz əl əməyindən istifadə edərək ev şəraitində müxtəlix məhsullar hazırlayıb təklif etmələri bütün ölkələrdə geniş yayılıb. Eyni zamanda kiçik məkanlarda və ya ev şəraitində qadınlara yönəlik xidmət sahələri də çoxalmaqdadır. Qadınlar bu kiçik biznes fəaliyyətləri ilə maddi asılılıqdan azad olunurlar. Maddi asılılıqdan azad olan qadınlar sərbəst  qərarvermə və sərbəst şəkildə özünü, ailəsini idarəetmə qabiliyyəti və imkanları əldə edirlər. Bu isə qadınlarda özlərinə inam yaradır və onların sosial mənəvi həyatlarına müsbət təsir edir.  Buna görə də belə biznes təlimlərinin təşkil olunması çox əhəmiyyətlidir.

Layihənin icrası davam edir.

Photogallery

IMG 5756 IMG 5746

Hadisə