Çərşənbə axşamı 16 İyul 2019

Mədəniyyət

İrəvan Teatrı Gəncəyə qastrol səfəri edəcək

Sənubər Qocayeva - 28/06/2019

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” pyesi əsasında hazırladığı yeni tamaşanı 3 iyulda Gəncə şəhərində tamaşaçılara təqdim edəcək.

O bildirib ki, tamaşanın quruluşcu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Şəbnəm Cabrayılova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış edəcəklər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 3-11-12 iyul 2019-cu il tarixlərində şair, yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə Gəncə, Sabirabad və Şəkidə qastrol səfərində olacaq.

Ən çox oxunan

Hadisə