Şənbə 19 Oktyabr 2019

Mədəniyyət

Gəncədə Nəsiminin 650 illik yubileyinı həsr edilən sənədli filmin təqdimatı keçirilib

Sənubər Qocayeva - 28/06/2019

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən "İmadəddin Nəsimi- 650 illik DƏYƏR" adlı layihə həyata keçirilir. Layihə çərçivəsində «İKİ ALƏMDƏ VARIM...» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb.

Həmçinin Nəsiminin həyat və yaradıcılığına aid faktları özündə əks etdirən, azərbaycan və ingilis dilində kitabça hazırlanıb. Bununla yanaşı Nəsiminin şəxsiyyətini, onun dünya və Azərbaycan ədəbiyyatında rolunu izah edən sənədli film çəkilib. Filmin və audio kitabın ilk təqdimatı 27 iyun tarixində Gəncə şəhəri, YAP Gəncə şəhər Təşkilatında baş tutub.

Tədbiri giriş sözü ilə “Odlar Yurdu” Gənclər İB-nin sədri, layihənin rəhbəri Nigar Ələsgərova açıb.  "Bildiyimiz kimi 2019-cu ildə isə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə, bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri “aktiv vətəndaşlıq”dır və bu istiqamət çərçivəsində birlik ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin icrasına töhfə verməyə, icrası aktuallıq kəsb mövzularla bağlı gənclərin maariflənməsinə xidmət etməkdədir. Bu səbəblə də 2019-cu ilin “Nəsili ili” elan olunmasını əsas tutaraq cari layihəni Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirməkdəyik” deyə sədr bildirib.

Daha sonra Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatının ideoloji şöbəsinin rəhbəri Hüseyn Budaqov çıxış edərək layihənin əhəmiyyətindən, Nəsimi irsinin gələcək nəsillərə ötürülməsinin önəmindən söz açıblar. Tədbirin sonunda tədbirə ev sahibliyi etdiyi üçün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına “Təşəkkürnamə” təqdim olunub. 

Təqdimat mərasimlərinin davam edəcəyi bildirilib. Beləki 28 iyun Şəmkir Gənclərin İnkişafı və Karyera Mərkəzində və Qazax Gənclərin İnkişafı və Karyera Mərkəzində, 29 iyun Mingəçevir Gənclər Evində baş tutacaq. Bundan başqa Bakı şəhərində Qaradağ Gənclər Evində (5 iyul, 11:00-da), Binəqədi Gənclər Evində (5 iyul, 16:00-da), Xəzər Gənclər Evində (9 iyul, 11:00-da), Sabunçu Gənclər Evində (9 iyul, 16:00-da) və Suraxanı Gənclər Evində (10 iyul, 11:00-da) təqdimatlar keçiriləcək.

Təqdimatlarda ümumilikdə 1000 nəfərin iştirakı gözlənilir. Bağlanış tədbiri isə 12 iyul Bakı Konqres Mərkəzində təntənəli şəkildə baş tutatacaqdır. Layihənin icra müddəti yekunlaşmasına baxmayaraq yeni tədris ilindən etibarən müxtəlif regionlarda məktəb və ali təhsil müəssisələrində təbliğat tədbirləri ilin sonunadək davam edəcək.

Photogallery

65589979 1994784797293510 679555944685764608 N 65240652 341273166542806 1271468885513601024 N 65708101 317940389153140 2411607098568736768 N

Hadisə