Bazar günü 13 Oktyabr 2019

Mədəniyyət

YARAT Müasir İncəsənət Məkanı təqdim edir: “Yenə o bağ olaydı”

Gülnar Fazilqızı - 27/06/2019

Gəncədə YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə məşhur italyan rəssamı Mikelancelo Pistoletto və yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar səgisinin açılışı olub. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, YARAT Müasir İncəsənət Məkanının kurator-direktoru Suad Qarayeva, şəhər ictimaiyyətinin nümayəndələri və başqaları iştirak ediblər.

Sərgi öz adını Mikayıl Müşfiqin ən məşhur şeirindən götürüb. İtalyan rəssamı Mikelancelo Pistoletto və yerli rəssamların əsərlərini bir araya gətirən bu sərgi, araşdırma, yaradıcılıq təxəyyülü, fərdi, habelə ictimai düşüncələri özündə birləşdirir.

Sərgi Mikelancelo Pistolettonun məşhur labirint instaliyasiyası ilə başlayır. Bu əsər ziyarətçiləri labirintin içərisindən keçirərək, öz daxili “mən”lərini, kimliklərini axtarmalarına imkan verir. Bu labirint insanı “Üçüncü cənnət” simvolunun üzərinə gətirib çıxarır. Simvol, Gəncəyə xas olan qırmızı kərpiclərdən hazırlanıb. Sonda ziyarətçilərə “Üçüncü cənnət” ilə bağlı interpretasiyalar təqdim olunur.

Ziyarətçilər burada rəssam Etibar İsmayılov bu sərgi üçün hazırladığı “arzular quyusu”nu görə bilərlər. Sərgidə Günay Əliyevanın, Mousa Bəyzadənin, Nəzrin Məmmədovanın, Leyli Qafarovanın və Vüsalə Ağarazıyevanın əsərləri də nümaiyiş olunurlar.  

Sərgi Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “CİTTADELLARTE Fondazione Pistoletto” Fondunun bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsinin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Sərgi sentyabrın 20-dək açıq olacaq.

Hadisə