Cümə axşamı 19 Sentyabr 2019

Sosial

Varındır ver, yoxundur götür!

Gülnar Fazilqızı - 24/06/2019

Gəncədə “Varındır ver, yoxundur götür!” kompaniyasına start verilib. Gəncə şəhəri, Zərifə Əliyeva 281 ünvanında - Gəncə Grand Qafqaz Ticarət Kompleksində verilmə və götürmə məntəqəsi fəaliyyətə başlayıb. Məqsəq ehtiyac sahiblərini sevindirməkdir.

İstifadə etmədiyiniz geyim və müxtəlif əşyalarınız varsa, onları atmağa tələsməyin! Ehtiyac sahibləri onlardan faydalana bilərlər. Əziz və dəyərli həmvətənlilərimiz. "Varındır ver, yoxundur götür!" layihəsinə Siz də qoşula bilərsiniz. İstifadə etmədiyiniz, müxtəlif əşyaları Gəncə Grand Qafqaz Ticarət Kompleksində ( Təzə bazarda) yerləşən, verilmə və götürmə məntəqəsinə təhvil verərək, kimlərinsə sevincinə vəsilə ola bilərsiniz. Paltarların yuyulmuş və ütülənmiş - təmiz vəziyyətdə məntəqəyə təhvil verilməsi xahiş olunur.

Photogallery

IMG 20190621 WA0083 IMG 20190621 WA0084 IMG 20190621 WA0075 01 IMG 20190621 WA0056 01

Hadisə

Cəmiyyət