Çərşənbə axşamı 12 Noyabr 2019

Cəmiyyət

Yadigar Bədəlov 'Tərəqqi' medalı ilə təltif edilib

Sənubər Qocayeva - 22/06/2019

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Yadigar Bədəlov "Tərəqqi" medalı ilə təltif edilib.

Bədəlov Yadigar Aley oğlu 24 dekabr 1969-cu ildə Gürcüstanın Marneul rayonunun Ağaməmmədli kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Texnologiya Universitetini fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişaf şöbəsində bağçılıq yoldaşlıq üzrə təlimatçısı, 1994-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində Mərkəzləşdirilmiş təhcizat və satış müəssisəsində 1-ci dərəcəli mühəndis, 1995-1999-cu illərdə Gəncə Şəhər İcra Hakimiyyəti təsərrüfat hesablı İqtisadi hüquq xidməti məsləhətçisi  2003-2004-cü illərdə Gəncə “Sukanal” trestində şöbə rəisi vəzifələrində çalışılb.

2004-cü ildən başlayaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə sektorunda işləyib. Hazırda  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi vəzifəsində işini davam etdirir.

Ganjanews.az saytının kollektivi adından Yadigar Bədəlovu təbrik edir, işlərindən uğurlar və yeni-yeni nailiyyətlər diləyirik!

Hadisə