Çərşənbə günü 11 Dekabr 2019

Təhsil

UTECA komandası Gəncədə keçirilən mini-futbol turnirində qalib olub

Surxay Məmmədzadə - 20/06/2019

Yarışda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Tibb Kolleci və Gəncə Dövlət Regional Kolleci tələbələri öz qüvvələrini sınayıblar.

UTECA komandası ilk oyunda GDU tələbələrini 6:2 hesabı ilə məğlub edib. 

Komandamız final oyununda isə ADAU-nu yenən kollec tələbələri ilə üz-üzə gəlib. Məşqçi Fariz Əliyevin rəhbərliyi altında həlledici qarşılaşmada da inamlı təsir bağışlayan gələcəyin texnoloqları bu dəfə də böyük hesabla qalib gəliblər 5:1.

Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, mini futbol çempionatı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil edilən şahmat turniri və stolüstü tennis idmanı üzrə yarışdan sonra keçirilib.

Photogallery

64546862 2489704041041672 7900922387753861120 N 64862076 2489704057708337 139297931281825792 N

Hadisə