Bazar günü 13 Oktyabr 2019

Təhsil

ADAU-da Mübariz Ibrahimovla bağlı tədbir keçirilib

Sənubər Göyüşqızı - 20/06/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İqtisadiyyat fakültəsinin İctimai elmlər və Multikulturalizm kafedrasının təşkilatçılığı ilə “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı elmi-nəzəri konfrans keçirilib.

Əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
 
Tədris işləri üzrə prorektor Anar Hətəmov çıxış edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli həyat yoluna nəzər salıb. Bildirilib ki, Mübariz qürurlu Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub. 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub gedib.

Daha sonra İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri dosent Azad Bayramov deyib ki, Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Mübariz də ona qoyulan adı doğrultdu. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Canından çox sevdiyi vətəni üçün də qəhrəmanca şəhid oldu.

Sonra İctimai elmlər və Multikulturalizm kafedrasının dosenti Əbdürəhman Kazımov, İctimai elmlər və Multikulturalizm kafedrasının t.ü.f.d, dos. əvəzi Elgün Aslanov və İctimai elmlər və Multikulturalizm kafedrasının müəllimi Türkan Əhmədova çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimov haqda fikirlər söylədilər.

Photogallery

64548286 2359877627438512 783640907986501632 N 64397822 2359877544105187 3385487333754142720 N 64357132 2359877377438537 2523327272476213248 N 64745342 2359877290771879 7062799918401847296 N 64672746 2359877450771863 4376317811992035328 N

Hadisə