Bazar günü 16 İyun 2019

İdman

Gəncədə qadınlar arasında “Bahar Kuboku” yekunlaşıb

Gülnar Fazilqızı - 13/06/2019

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə qadınlar arasında “Bahar kuboku” baş tutub. Gəncə Avropanın İdman Şəhəri – 2019 layihəsi çərçivəsində keçiriliən “Bahar kuboku” 5 idman növünü əhatə edib. Zərif cinsin nümayəndələri mini-futbol, voleybol, basketbol, şahmat və dama üzrə mübarizə aparıblar.

Gəncə Gənclər Evində “Bahar kuboku” qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti baççısının müavini Vəfa Abbasova, Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və başqaları iştirak ediblər.

Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək “Bahar kuboku” barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, yarışda Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərinin, Gəncə Dövlət Regional və Gəncə Musiqi Kollecinin xanım tələbələri mübarizə aparıblar. “Bahar kuboku” may-iyun aylarını əhatə edib. Yarışın keçirilməsində əsas məqsəd zərif cinsin nümayəndələri arsında idmana olan marağı yüksəltməkdir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, bəylərlə yanaşı xanımlarımızın da bu sahəyə maraq göstərməsini təqdirəlayiq hal hesab edib. O vurğulayıb ki, idman insanın həm canını, həm də ruhunu təzələyir. Qalibləri təbrik edən xanım müavin, onlara uğurlar arz edib.

Millət Vəkili Pərvin Kərimzadə qeyd edib ki, xanımlarımız həm ruhən, həm də fiziki cəhətdən sağlam olmalıdırlar. O, sağlam bədəndə sağlam ruh olar deyimini əsas gətirərək, Gənclər və İdman Baş İdarəsinin təşəbbüsünü alqışladığını dilə gətirib. Pərvin Kərimzadə gənclərə yeni nailiyətlər, yeni qalibiyyətlər arzu edib.

Daha sonra qaliblər mükafatlandırılıblar.

Dama yarışında I yerin qalibi UTECA komandası olub. Şahmat yarışında qalibiyyət kubokunu Gəncə Dövlət Regional Kollecinin xanım tələbələri qazanıblar. Badminton yarışınında UTECA, voleybol üzrə yarışda isə GDU komandaları birincilik əldə ediblər. Mini-futbol üzrə isə qalibiyyət GDU komandasının adına yazılıb.

Qaliblərə diplom və kuboklar təqdim olunub.

Photogallery

+XB  0018 +XB  0001 +XB  0071 +XB  0006 +XB  0101 +XB  0040 +XB  0054 +XB  0075

Hadisə

Cəmiyyət