Çərşənbə günü 18 Sentyabr 2019

Cəmiyyət

“Gələcəyə Körpü” GİB-in icra etdiyi beynəlxalq layihə davam edir

Sənubər Qocayeva - 12/06/2019

10-18 iyun 2019-cu il tarixlərində Bakı şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Avropa Komissiyasının Erasmus+ (Key Action 2 – Açar Fəaliyyət 2) çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” adlı layihəsinin 3-cü fəaliyyəti - beynəlxalq təlim kursu həyata keçiriləcək.

Layihənin əsas məqsədi ölkənin Gəncə-Qazax regionunda  yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır.

Təlim kursunda Azərbaycan, Litva, Bolqarıstan, İsveç, Makedoniya, Niderland Krallığı, Gürcüstan, Ukrayna, Moldova və Belarusiyadan olan ümumilikdə 24 nəfər nümayəndə iştirak edəcək. Təlim kursu gənclər üçün sahibkarlıq təhsili layihələrinin necə qurulacağı, sahibkarlıq təhsili və təlim üçün praktiki bacarıqların əldə edilməsi və s. mövzuları əhatə edəcək.

Təlim müddətində təşkil olunacaq Bakı və Abşeron turu müddətində Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət və ənənəsi haqqında məlumatlandırılacaq və ölkəmiz ilə daha yaxından tanış olacaqlar.

Qeyd edək ki, Birlik Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində beynəlxalq layihələrdə həm göndərən, həm də qəbul edən təşkilat olaraq uzun müddətdir ki, fəaliyyət göstərir. 

Photogallery

62261034 2392182640804741 7429172336831496192 N 62137255 2392182414138097 1404619185291526144 N 62434938 2392184137471258 5891397684916387840 N 62440260 2392183287471343 5553446430883971072 N

Hadisə

Cəmiyyət