Bazar ertəsi 24 İyun 2019

Təhsil

UTECA-nın rektoru və əməkdaşları İspanyada təlimlərə qatılıblar

Sənubər Qocayeva - 11/06/2019

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov və bir neçə əməkdaşı Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissyası tərəfindən maliyyələşən Erasmus+ proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması) çərçivəsində İspanyanın Alikante şəhərində təşkil olunan 1 həftəlik təlimdə iştirak ediblər.

Alikante Universitetində baş tutan təlimdə UTECA-nın rektoru ilə yanaşı Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Tədris şöbəsinin müdiri Piri Axundov, Xarici Dillər kafedrasının müdiri Könül Vəliyeva, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva da iştirak ediblər.

Azərbaycanın 11 ali təhsil müəssisəsindən olan nümayəndələr və xarici partnyor  universitetlərlə birgə reallaşan təlimin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması olub.

Təlimlərdə universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib, mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, İspanyada baş tutan bu təlim layihə çərçivəsində İsveç, Litva və İngiltərədən sonra sayca dördüncüdür və  növbəti təlimin yenidən İsveçdə - paytaxt Stokolmda keçirilməsi nəzərdə tutulub.

Photogallery

62517031 2473084782703598 6856273731619127296 N 62180028 2473084812703595 5353557866949115904 N 62264702 2473084992703577 7406013864581529600 N

Hadisə