Bazar ertəsi 24 İyun 2019

Mədəniyyət

Gəncədə şairə Xəzangül Hüseynovanın yaradıcılıq gecəsi keçirilib

Sənubər Göyüşqızı - 11/06/2019

MKS-nin “Oxu zal”ında Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət içisi, şair, Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı Xəzangül Hüseynovanın "Bir səssiz gileyəm " adlı yaradıcılıq gecəsi keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkilatçılığı ilə baş tutub.

Yaradıcılıq gecəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, “Gəncənin səsi” qazetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Gyandji” redaksiyasının baş redaktoru İrina Kalaşnikova, yazıçı Qərib Mehdi, mədəniyyət xadimləri və KİV nümayəndələri iştirak ediblər.

MKS-nin direktoru Elmira Əliyeva iştirakçıları salamayaraq Xəzangül Hüseynovanın həyat və yaradıcılığı, poetik dünyası və onun Gəncə ədəbi mühitinə olan diqqət və fədakarlığından danışıb. Bildirilib ki, ilhamını göylərdən, təbini həqqdən alan, ruhu elə-obaya, əsrarəngiz təbiətə bağlı, saf çeşmə kimi çağlayan Xəzangül Hüseynovanın şeirləri dünyanın bir çox dillərinə tərcümə olunub. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısnın müavini Vəfa Abbasova Xəzangül Hüseynovanı təbrik edib. Vəfa Abbasova çıxışında  xəzan gülü kimi gözəl, incə sözləri ilə hər kəsin qəlbinə yol tapan Xəzangül xanımın şeirləri ilə yüksək insani keyfiyyətlərinin tən gəldiyini vurğulayıb.  O, şairə həyat və yaradıcılıq yollarında müvəffəqiyyətlər arzu edib, ona ən xoş arzularını diləyib.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, “Gəncənin səsi” qazetinin baş redakoru Rəfiqə Sadıqova,  yazıçılar Qərib Mehdi, Nüşabə Məmmədli,  teatrşünas-tənqidçi Anar Bürcəliyev və digər ziyalılar öz çıxışlarında Xəzangül xanımın yaradıcı insan olaraq maraqlı xüsusiyyətləri, şeirlərinin poetik məziyyətləri barədə söz açıblar.

Gecənin təşkilatçısı Tərifə Abbasova şair, dramaturq Xəzangül xanımın yaradıcılığı  haqqında bəhs edən video-çarxı tədbir iştirakçılarına təqdim edib.

Photogallery

62233073 1546245055510720 3271134645541928960 N 62431734 400704440653743 4178128749436338176 N 62595988 458519388245574 1705870686808965120 N 62606077 689304554857507 3100877889910865920 N 64233002 505296416875040 4832259681730691072 N 62230541 311798069764960 8178756473443057664 N 62207590 1280675978779057 4084008037247877120 N

Hadisə