Bazar ertəsi 24 İyun 2019

Cəmiyyət

Ədliyyə naziri Gəncədə qəbul keçirəcək

Gülnar Fazilqızı - 10/06/2019

Ədliyyə naziri Fikrət Məmmədov iyunun 14-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, eyni zamanda, Ədliyyə nazirinin müavini Vilayət Zahirov iyunun 12-də Samuxda, Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənov isə iyunun 13-də Göygölrayonunda vətəndaşları qəbul edəcəklər.

Vətəndaşlar qəbullara Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin bölgələrdə keçiriləcək qəbullarına elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Hadisə