Cümə günü 18 Oktyabr 2019

Mədəniyyət

Gəncədə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Gülnar Fazilqızı - 01/06/2019

Gəncə Şəhər İcra hakimiyyətinin dəstəyi ilə balacalar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bir araya gəliblər. Təşkil olunan konsert proqramında fidan balalar bir-birindən maraqlı kompozisiyalar göstərib, rəqs ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi Gəncədə də uşaqların hüquqlarının qorunmasına, onların sağlam mühitdə böyüməsinə, asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Onların təhsili, sağlamlığı, əyləncəsinin təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu gün uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq şəhərdə olan məktəblər təmir olunur, uşaqlar üçün oyun meydançaları salınır. Elnur Rzayev 1 İyun – Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibətilə balacaları təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbir Gəncə fəaliyyət göstərən 20-yə yaxın uşaq bağçası-körpələr evinin kollektivi iştirak edib. “Uşaqların nağıl dünyası” adlı tədbir Gəncə Dövlət Kukla Teatrının aktyorlarının ifasında “Karlson” cizgi filmindən səhnəciklə bağlayıb. Tədbirdə azyaşlılar xarici və milli rəqslər ifa ediblər. Həmçinin “Rəssamın rəqsi”, “1 iyun”, “Sülh mahnısı”, “Göyərçinlər” və gidər kompozisiyalar nümayiş olunub. Konsert proqramı alqışlarla qarşılanıb.

Photogallery

RAG 2693 RAG 2684 RAG 2798 RAG 2836 RAG 2776

Hadisə