Bazar ertəsi 24 İyun 2019

Mədəniyyət

Gəncədə IX Şairlər günü münasibətilə tədbir keçirilib

Gülnar Fazilqızı - 31/05/2019

Gəncədə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsi, Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə IX Şairlər günü münasibətilə tədbir keçirilib. Tədbir gəncəli Xalq şairi Nigar Rəfibəyli və Türk şairi Nigar Binti Osmanın xatirəsinə həsr olunub.

Gəncə şəhər Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktbədə təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edənlər Şairlər gününün beynəlxalq əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, hər il olduğu kimi, bu ildə Şairlər gününə həsr olunan tədbirlərdə iki - Azərbaycan və Türk şairinin həyat və yaradıcılığından söz açılır. Gəncədə keçirilən Şairlər gününün Nigar Rəfibəyli və Nigar Binti Osmanın xatirəsinə həsr olunması isə heç də təsadüfi deyil. 

Çıxışlarda Nigar Rəfibəyli və Nigar Binti Osmanın həyat və yaradıcılığına nəzər salınıb. Nigar Rəfibəylinin poeziyası, onun sənət dünyasının rəngarəngliyi, tərcümə sahəsində gördüyü işlər ədəbiyyatın dəyərli nümunələrindən hesab edildiyi vurğulanıb. Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən danışılıb. Osmanlılar dövründə yaşayan türk şairi Nigar Binti Osman isə qərb ədəbiyyatından bəhrələnib. Nəsri və nəzmilə ilkə imza atan qadın şair dövrünün tanınmış simalarından olmaqla vətəninə bağlılığı ilə seçilib.

Daha sonra  Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin şagirdləri Nigarın şeirlərindən ibarət kompozisiyalar təqdim ediblər. Nümayş olunan səhnəciklər yığıncaq iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Photogallery

XB  9728 XB  9716 XB  9733 XB  9714 XB  9723

Hadisə