Millət vəkili Naqif Həmzəyev Şimali Kiprin baş naziri ilə görüşüb
Şimali Kiprin baş naziri Ersin Tatar millət vəkili Naqif Həmzəyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ersin Tatar baş nazir olaraq ilk dəfə Azərbaycan nümayəndə heyətini qəbul etdiyini və bundan şərəf duyduğunu bildirib.
Millət vəkili Naqif Həmzəyev baş nazirə xoş arzularını çatdırıb, “Yavru Vatan için hayırlı olsun” deyib. Azərbaycanın keçdiyi tarixi yol və qazandığı uğurlar barədə məlumat verən millət vəkili baş naziri Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibəti ilə Şimali Kiprdə təşkil edilən tədbirə dəvət edib.
“Azərbaycanı çox sevdiyimizi yəqin hiss edirsiz. Biz 1 millət 3 dövlətik. Azərbaycan Respublikası ilə əlaqələrimizin daha da güçlənməsinə böyük əhəmiyyət veririrk. Azərbaycanın 101-ci ildönümünü təbrik edirəm”-deyə Ersin Tatar dəvətdən şərəf duyduğunu bildirib.Ersin Tatar Türkiyə Çümhuriyyəti, Şimali Kipr və Azərbaycanın birlikdə daha gözəl günlərə qovuşacağına əmin olduğunu bildirərək qeyd edib: “Birlikdə olmağımız bizi daha güclü edər”.