Bazar günü 17 Noyabr 2019

İdman

UEFA Avropa Liqasının final matçı Gəncədə maraqla izlənilib

Gülnar Fazilqizi - 30/05/2019

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının açılış mərasimi Gəncədə böyük maraqla izlənilib. Tamaşaçılar arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da olub.

Sakinlər Bakı Olimpiya Stadionunda keçirilən final matçını Gəncənin baş meydanında quraşdırılan monitordan izləyə biliblər. Bununla yanaşı futbol çay evləri və kafelərdə də Çelsi-Arsenal oyununun həyəcanı yaşanıb. Tamaşaçılar arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da olub.

Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan möhtəşəm açılış mərasimi Gəncədə qürurla izlənilib. “Çelsi” ilə “Arsenal”ın qarşı-qarşıya gəldiyi final oyununun həyəcanı isə öz yerində...

Matçın sonunda “Arsenal” azarkeşləri məyus olsalar da, “Çelsi” tərəfdarları “4-1”lik qalibiyyətin sevincini yaşayıblar.

Photogallery

+DSC 0904 +DSC 0896 +DSC 0908

Hadisə