Bazar ertəsi 24 İyun 2019

Mədəniyyət

“Unudulmaz” filmi Gəncə şəhərində təqdim olundu

GanjaNews - 29/05/2019

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Unudulmaz” filminin Gəncə şəhərində ilk dəfə nümayişi keçirildi.

“Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filminin müəllifi jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir. Ekran əsərində Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Həmçinin onun həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb. Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrin əks olunduğu ekran əsərində eyni zamanda, nadir arxiv kadrlarından da istifadə edilib. "Unudulmaz" sənədli filminin Bakıyla yanaşı Xarici İşlər Nazirliyinin dəstəyi ilə Daşkənddə, Vaşinqtonda, Ankarada təqdimat mərasimləri də təşkil edilib. Bakı şəhərində o cümlədən müxtəlif şəhər və regionlarda da film nümayiş olunub.

Gəncə şəhərində ilk dəfə baş tutan təqdimat Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan birliyin sədri Nigar Ələsgərova təqdimatın əsas məqsədinin ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti fonunda onun vətən sevgisi və ömrünün Klivlend səhifəsi haqqında gənclərin məlumatlandırılmasına xidmət etmək olduğunu bildirib. Daha sonra filmin müəllifi Elnur Niftəliyev çıxış edib.  Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, Millət vəkili Pərvin Kərimzadə də çıxış edərək filmin əhəmiyyəti, təbliğat vasitəsi kimi önəmindən söz açmışdır.

Tədbirdə Gəncə ASAN Xidmətin direktoru Turqut Mustafazadə, ali təhsil müəssisələrinin prorektorları, QHT rəhbərləri, məktəblilər və tələbə gənclər, KİV nümayəndələri, ümumilikdə 400 nəfərdən çox şəxs iştirak etmişdir.

 

Photogallery

00440c7b 983b 4360 Bcf5 5cbf24e0b121 2c33298f 4637 45ea 894f B66c8f27bda0 656c619e 7b56 4aff 882d Bdb13690a955 748f970c 9e89 4fec A0c6 65f91caa56e6 E63ad419 183c 48e2 Bed9 C57ee6d7514f F124e785 7342 4cc0 9f46 2d8e7bc1efbc 18ce1585 B1c3 48f8 Ab10 63c6ac44e3db Eadb5f75 47cc 4614 A8e8 1dcae15734ab

Hadisə