Bazar ertəsi 24 İyun 2019

İdman

Bu gün UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək

Sənubər Qocayeva - 29/05/2019

Bu gün Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək.

Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən “Çelsi” və “Arsenal” klublarının görüşünü izləyəcəklər.

Yerli vaxtla saat 23:00-da başlayacaq final qarşılaşması hər kəsi futbol bayramı ətrafında birləşdirəcək.

Yarışla əlaqədar bir sıra dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. “Bakı Metropoliteni”nin stansiyaları da futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt – mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Hadisə